F-1.az xatırladır ki, Oskar Piastri keçən il Alpine komandasının gənc sürücü proqramında idi. Lakin o, keçən il McLaren ilə müqavilə imzalamış və buna görə Alpine məhkəməyə müraciət etmişdi. Məhkəmə isə sonda McLaren lehinə qərar vermişdi.
Otmar Safnauer: “Birincisi sağlam müqavilə imzalamalısınız. İkincisi komanda cəzbedici olmalıdır. Buna görə də Cek Duhən bizim komandada yarışmaq istəyir.
Oskara uğurlar arzu edirəm, amma səhv seçim etdiyini isbatlamalıyıq. Daha çox işləməli performans qazanmalı və uğur qazanmalıyıq”.