Otmas Safnauer: “Gələn il hansı pilotlarla yarışacağımız barədə hələ qərar verməmişik. Alonso ilə müqavilə bağlananda mən komanda yox idim, amma görürəm ki, burada ona lazım olan mühit və maşın var. Digər tərəfdən, Oskar Piastri böyük potensiala sahibdir. Buildən bizimlə işləyir, bütün brifinqlərdə iştirak edir və ən əsası, maşın üzərindəki işlərdə kömək edir. Onun F1-ə hazır olmasına şübhəm yoxdur.
Komandamız inkişaf edir və irəliləyir. İki ildən sonra Alpine-ni ilk üçlükdə görürəm. O vaxta qədər də qələbə üçün mübarizə aparmalıyıq. Maşınımızda yırğalanma problemi olmasa da, bu istiqamətdə FİA ilə bir işləyirik. Düşünürəm ki, federasiyanın nəzərdə tutduğu tədbirlər yalnız yırğalanmadan əziyyət çəkən komandalara şamil edilməlidir. Təsəvvür edin ki, bəzi komandaların maşınlarının asılqanları yüksək porebriklərin üzərindən keçərkən qırılır, bəzi komandalarda isə bu baş vermir. Aydındır ki, onların riçaqları gücləndirilməlidir. Eyni şey yırğalanmaya da aiddir”.