F-1.az xatırladır ki, Fransa komandası keçən mövsümü dördüncü yerdə bitirmişdi. Bu il onlar növbəti addımı atmaq istəsələr də, ilk üçlüklə mübarizə aparmaq çətin olacaq.
Ottmar Safnauer: “İlin bu dövrü Formula1 komandaları üçün həmişə həyəcanlı olub. Keçən il mövsümü dördüncü yerdə bitirərək, hədəflərimizə çatdıq. Biz qarşımıza 100 yarış hədəfi qoymuşduq və artıq hədəf üçün 80-dən az yarış qalıb. Bu yolda komandaya liderlik etmək mənim üçün qürurvericidir.
2023-cü ildə əsas hədəfimiz daha çox finiş görmək və daha çox xal yığmaqdır. Bacardığımız qədər az yarışda mübarizəni dayandırmalıyıq. Komandadakı hər kəsdən gözləntilər yüksəkdir”.