F-1.az xatırladır ki, fransız komandası testlərdə etibarsızıq problemi yaşamayıb.
Otmar Safnauer: “Komandadakı hər kəs mövsümün ilk yarışı üçün hazırdır. İşçilərimiz boliddən maksimumu əldə etmək üçün daha çox işlədi. Qış çox gərgin keçdi.
Növbəti 23 Qran Pri üçün uzun müddət var və bu mövsümdə başlanğıc əsas deyil, finişdir. Bazar günü axşam harada olduğumuzu öyrənəcəyik, amma bu mövsüm üçün çoxlu hədəfimiz və planımız var. Hədəflərimizə çatmaq üçün çox işləyəcəyik.
Bəhreyndə ilk yenilikləri gətirəcəyik. Görək bizə necə performans qazandıracaq. Esteban və Pyer trasa çıxmağa hazırdırlar. Məqsədləri xal qazanmaqdır”.