F-1.az xatırladır ki, avstraliyalı sürücü Əbu Dabidəki mövsümsonu testlərində MCL36 ilə bir gün test edib. Bu həftə isə Barcelonada 2021-ci ilin McLaren bolidi ilə 150-dən çox dövrə vurub.
Oskar Piastri: “Çox şey etdi və inkişaf etdim. Çoxdandır yarışmırdım və yenidən buraya qayıtdım və fərqli sürüş texnikaları barədə yeni şeylər öyrəndim. Hava çox soyuq idi və bir az yağışlı havada da işlədik. buna görə də yeniliklərə uyğunlaşmağa və öyrəşməyə çalışdım. Bir az paslanmışdım və indi yenidən açıldım.
Testlərdən sonra boynum ağrıyırdı, amma Formula1 bolidinə öyrəşmək üçün vaxt lazımdır. Ancaq yavaş-yavaş özümə gəlirəm və qış tətilində idman etməyə davam edəcəm.
Formula2-dən sonra əsas hədəfim həmişə Formula1-də çıxış etmək olub. Formula1 bolidlərində test edərək yaxşı hazırlaşdım. Artıq mühəndislərlə və komandamla işləyə bilirəm. Bu mənim üçün vacibdir və onlarla münasibət qurmağıma kömək edir. Yaxşı hazırlaşmalıyıq, çünki mövsümün başlamasına az qalıb”.