O.Piastri: Yaz tətili təqvimdə qalmalıdır

McLaren-in avstraliyalı sürücüsü bu il təqvimdə məcburi yaranmış 1 aya yaxın fasiləyə müsbət yanaşır.

F-1.az xatırladır ki, mövsümün dördüncü yarışı kimi təqvimə salınan Çin Qran Prisi sonradan ləğv edilib, Melburn və Bakıdakı yarışlar arasında uzun fasilə yaranıb.

Oskar Piastri: “Mənim üçün bu, Formula1 karyeramın ilk üç yarışı haqqında düşünmək, nəyin yaxşı işlədiyini və nəyin olmadığını başa düşmək üçün yaxşı fürsətdir. İlin sonuna qədər kiçik bir istirahətdir və inanıram ki, hər kəs üçün faydalı olacaq”.

qeyd edək ki, bundan əvvəl Alpine komandasının rəhbəri Otmar Safnauer yaz tətilinin F1 təqvimində saxlanılması ilə bağlı müraciət etmişdi.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*