F-1.az xəbər verir ki, komandanın avstraliyalı gənc sürücüsü əsas çatışmazlığın yarış tempi olduğunu, bunun üzərində işlədiklərini bildirib.
Oskar Piastri: “Bazada bir həftəlik gərgin işdən sonra trasa qayıdırıq. Mühəndislərimlə həftəsonuna hazırlaşdım və özümü Jil Vilnövün trassındakı debütümə hazır hiss edirəm. İspaniyadakı mərhələ komanda üçün acı oldu. Bazar günü asan olmadı, lakin şənbə günü seçmə mərhələdə müsbət məqamlar var idi.
Bu il biz daha çox şeyə nail ola bilərik – bunun üçün komanda yarış tempini artırmaq üçün çox çalışır. Kanadada əlimizdən gələni edəcəyik və həftəsonunu uğurlu keçirməyə çalışacağıq”.
Xatırladaq ki, Oskar geridə qalan yeddi yarışda cəmi 5 xal qazanıb. Komanda isə 17 xalla Mühəndislər Kubokunda altıncı yerdədir.