F-1.az xatırladır ki, sürücülər yağışa görə ikinci sərbəst yürüşlərdə işləyə bilməmişdilər. Sabahkı yarışa 16-cı yerdən başlamağa hazırlaşan Piastri isə sıralanma turundan sonra narazı görünüb.
Oskar Piastri: “Sessiya istədiyim kimi keçmədi. Tək döngədə bütün dövrəm batdı. Heyif oldu. Yarışda əlimdən gələni edəcəm.
Düzü heç kim yarış tempində işləyə bilməyib. İkinci sərbəst yürüşlər yarış tempində işləmək üçün ən əlverişli yerdir. Dünən bunu edə bilmədik. Hamı üçün çətin olacaq”.