O.Piastri: Xal qazanmasam da, xoşbəxtəm

McLaren komandasının sürücüsü Oskar Piastri sprint yarışından xal almasa belə, yüksəlməsindən razı qalıb.

F-1.az xatırladır ki, avstraliyalı sürücü quru təkərlərinə ən birinci keçən sürücülərdən idi. O, bunun hesabına bir neçə yer qazandı. Gənc sürücü yarışda bir neçə hücum da edib və yekunda 11-ci yeri tutub.

Oskar Piastri: “Sprint yarışında 11-ci yeri tutduq. Geriyə getməkdənsə, irəliyə doğru addımlamaq həmişə əyləncəlidir.

Başladığımız yeri nəzərə alsaq, xal qazanmaq üçün fərqli şeylər sınamalı idik. Məncə, düzgün addım atdıq. Quru hava təkərlərinə keçmək düzgün qərar idi.

Məncə, Corc Rassell birinci pitə gedərək, hirsli davrandı. Lakin biz də məntiqli olduğu zaman bunu etmək istədik və aqressiv davrandıq. Buna görə də pit-stop vaxtlarının düzgün olduğunu düşünürəm. Təkərlərin temperaturunu çox yaxşı sazladıq. Quru hava təkərləri ilə belə şəraitdə daha sürətliyik.

Bir neçə rəqibimi keçmək həzz verdi. Məncə, Leklerlə Elbonu iki döngədə keçmək ən önəmli an idi. Yəni nahardan sonra əyləncəli oldu. Əyləncədən başqa heç nə baş vermədi və bu da pis idi. Ancaq bəzən belə hallar baş verir. Xal qazanmasam da, özümü yaxşı hiss edirəm”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*