O.Piastri: Tempimiz yaxşı idi

Dünənki yarışı nəticə olaraq McLaren üçün yaxşı hesab etmək olar - komanda hər iki sürücüsü ilə xal zonasına düşməyi bacarıb.

F-1.az xəbər verir ki, komandada demək olar ki, hamı indiki vəziyyətdə Melburndakı nəticədən razıdır.

Oskar Piastri: “Yarışın çılğın və xaotik olduğu aydındır. İlk dəfə idi ki, üç dəfə qırmızı bayraqlarla dayandırılan yarışda iştirak edirdim. Amma xal qazandığım üçün xoşbəxtəm, yaxşı tempimiz var idi.

Bir müddət Yuki Tsunodanın maşınının arxasında sürdüm, amma sonda düzgün anı seçib kifayət qədər klassik ötmə etməyi bacardım. Bundan sonra müəyyən boşluq yaratdım. Ümumiyyətlə, maşınımızın imkanlarını nəzərə alsaq, nəticə məni qane etdi və artıq mövsümün belə erkən mərhələsində, xüsusən də doğma trasdə xal qazandım.
Aydındır ki, ilk iki yarış komandamız üçün uğursuz alınıb, əsasən də əlimizdə olmayan səbəblərdən bu baş verib. Amma bu gün şərait bizim xeyrimizə idi. Yarışın bir çox iştirakçısının bəxti gətirmədiyi halda çox xoşdur ki, hadisələrdən yayına bildik”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*