F-1.az xatırladır ki, avstraliyalı sürücü mövsümün ilk yarışında mübarizəni vaxtından əvvəl dayandırmışdı.
Oskar Piastri: “Bəhreyndə maksimal sürətimiz yaxşı görünürdü. Görək Ciddədə nə edirik. Daha əvvəl Formula2-də o trasda yarışmışam.
Boliddə bəzi kiçik dəyişikliklər var. Görək onlar necə işləyəcək. Məncə, Bəhreyndə tempimiz yaxşı idi və bolidə hər minəndə özümü yaxşı hiss edirdim”.