O.Piastri: Sarcent üçün sevinirəm

Prema-da komanda yoldaşları olmuş Piastri və Sarcent Formula1-də eyni anda debüt edəcəklər.

F-1.az xatırladır ki, hər iki sürücü 2020-ci ildə F3-də titul uğrunda sona qədər mübarizə aparıb, Oskar yekunda Loqanı və Teo Purşeri minimal fərqlə üstələyərək çempion olub.

Oskar Piastri: “Mənim Loqanla hələ də yaxşı münasibətim var – biz Formula3-də komanda yoldaşı idik. İndi ikimiz də Böyük Britaniyada yaşayırıq, demək olar ki, qonşuyuq və bəzən eyni idman zalında məşq edirik. Ona görə də hələ də trasdan kənarda da ünsiyyəti saxlayırıq.

Komanda yoldaşı olanda çox normal anlaşırdıq və mən çox şadam ki, eyni zamanda avtoidmanın ən yüksək kateqoriyasında debüt edəcəyik. Vaxtında onunla işlədiyim üçün onun nə qədər sürətli olduğunu bilirəm və F1-ə gələn yolu da asan olmayıb. Ümumiyyətlə, indi ikimizin də dünya çempionatında çıxış etməyimiz çox gözəldir və mən onun üçün şadam. Təbii ki, ikimiz də yaxşı nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*