F-1.az xatırladır ki, avstraliyalı sürücü gələn il yerlisi Daniel Rikkardonu əvəz edəcək.
Zek Braun: “Bu il çox şey öyrəndik. Enişli-yoxuşlu performans göstərdik, amma komanda olaraq təkmilləşdik. Yaxşı pit-stoplar qurduq və sərmayə qoymağa davam etdik. Çox şey öyrəndiyimizə inanıram.
Bugündən 2023-cü ili düşünürük. Oskar Piastri ikinci gün sükan arxasına keçəcək. Oskar yaşına görə yetişkindir. Yaydakı davranışlarından təsirləndim. Həm də çox istedadlıdır. Bir il yarışmadı. Buna görə tempini tapmaq üçün vaxt lazım olacaq.
Oskarın texnikası yaxşıdır. Gələn il Lando ilə bir komandada görmək üçün səbirsizlənirəm”.