O.Piastri: Proqramı tamamladıq

Dünənki hər iki məşqlərin tam vaxtından istifadə etmək mümkün olmayıb və bir çoxlarının işi yarımçıq qalıb.

F-1.az bildirir ki, bu, xüsusilə də yeniliklər gətirən komandalar üçün yaxşı olmayıb – onları öyrənmək üçün vaxt çatmayıb. Lakin McLaren-in avstraliyalı gənc sürücüsü gördüyü işdən razı qalıb.

Oskar Piastri: “Vaxtı yarım saat artırılan ikinci məşqdə mən bu tras haqqında çox şey öyrənə bildim və demək olar ki, bütün proqramı tamamlaya bildik. Çox dövrə vurduğuma görə şadam. Həm qısa, həm də uzun seriyalar keçirdik, buna görə də hər şey yaxşıdır.

Maşının sükanı arxasında özümü inamlı hiss etdim, deyəsən o, yaxşı templərə qadirdir. Bu trasda sürmək əyləncəlidir, baxmayaraq ki, çox qeyri-bərabərdir, amma yenə də hər şeyi bəyəndim.

Sessiyanın sonunda hava qəfil pisləşdi, lakin biz nəm trasda pilotluq təcrübəsi qazandıq. Gəlin görək həftəsonunun qalan hissəsində bizi nələr gözləyir, amma başlanğıc ümumiyyətlə ümidvericidir”.

Oskar dünənki son məşqlərdə 11-ci nəticə göstərib.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*