Oskar Piastri: “McLaren ilə ilk günümüzə yaxşı başladım və məncə, çox şey öyrəndim. Nəhayət, bu komandaya qoşulmaq əladır və trasda səmərəli iş gününə görə onlara təşəkkür edirəm. Biz çoxlu dövrələr vurduq və müxtəlif eksperimentlər apardıq – günüm məhz buna həsr olunmuşdu.
Qarşıdan gələn mövsümə hazırlaşmaq üçün hansı sahələrin təkmilləşdirilməli olduğu barədə kifayət qədər aydın təsəvvür əldə etdim. Hər şeyi bəyəndim, yenidən sükan arxasına keçdiyimə və 2022-ci il avtomobilini idarə etmək təcrübəsi əldə etdiyimə görə şadam. Gələn həftə Uokinqdəki bazada bütün komanda ilə görüşəcəyəm, bundan sonra qısa fasilə verəcəyəm və sonra işə qayıdaraq McLaren ilə 2023-cü ilə hazırlaşacağam”.