F-1.az xatırladlr ki, avstraliyalı sürücü McLaren-ə Alpine-dən keçib. Bu isə o deməkdir ki, Oskar gənc yaşında artıq həm Renault, həm də Mercedes motorları ilə işləyib.
Oskar Piastri: “Bununla 2021-ci ildəki Renault motoru arasında fərq var. Amma trasdakı digər bolidlərlə müqayisə etmək çətindir. Bundan başqa hədəfimiz motoru dəyərləndirmək deyildi. Belə hallarda komandaların necə motor istifadə etdiklərini deyə bilməzsiniz. Buna görə də bir söz demək çətindir. Amma biz tərəfdə hər şey yaxşıdır”.