O.Piastri: McLaren liderliyə qayıtmaq üçün hər şeyə sahibdir

Baxmayaraq ki, bunun üçün çox çalışmaq lazımdır, Oskar komandanın liderlər arasına qayıdacağına əmindir.

F-1.az xatırladır ki, gənc avstraliyalı ilk dəfə aktiv F1 sürücüsü kimi vətəninə qayıdıb.

Oskar Piastri: “Mən komanda ilə işləməkdən zövq alıram! Formula1-də olmaq üçün çox çalışdım, 12 il əvvəl yarışmağa başladım. Çətin idi, amma çox şadam ki, özümü Formula 1 sürücüsü adlandıra bilirəm.

Komandada hər kəs məni isti qarşıladı. Özümü hazırlamaq və komandaya kömək etmək, eləcə də insanları tanımaq, üzlərini, adlarını xatırlamaq üçün bazada mümkün qədər çox vaxt keçirməyə çalışdım.
Artıq ilk yarışları birlikdə keçirdik ki, bu da mənə maşınımın üzərində işləyən bütün mexaniklərlə əlaqələri gücləndirməyə imkan verdi. Komandada özümü rahat hiss edirəm, McLaren-də çıxış etdiyim üçün çox xoşbəxtəm və düşünürəm ki, hər şey yaxşı gedir.
Komandada liderliyə qayıtmağa kömək edəcək ehtiras və enerji var. Hazırda biz olmaq istədiyimiz yerlərdə deyilik, amma Lando, mən və bütün komanda qalib gəlmək istəyirik – buna görə də biz Formula1-dəyik.
Biz irəli getməyə imkan verəcək bir plan hazırlamışıq. Yeni aerodinamik borunun açılışı olacaq, yeni simulyatorumuz var. Əsas odur ki, müəyyən planımız var. Bəzən uğurun yarısı problemlərimizin nə olduğunu və onları həll etmək üçün nə etməli olduğumuzu başa düşməkdən keçir.
Əminəm ki, biz zəif tərəflərimiz haqqında hər şey olmasa da, artıq çox şey öyrənmişik və indi bütün problemlərimizi həll etmək üçün daha çox çalışacağıq”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*