F-1.az xəbər verir ki, ötən həftəsonu baş tutan yarış Oskar üçün müsbət məqamlarla yadda qalıb. Maks Ferstappen onu dövrəvi sürücü edərək keçərkən Oskar vəziyyətdən istifadə edib və onun hansı trayektoriyalarla sürdüyünü izləyərək nələrsə öyrənməyə çalışıb.
Oksar Piastri: “Maksın düz mənim qarşımda sürməsi faktı müəyyən mənada çox faydalı oldu, çünki mən ilk dəfə Formula1 avtomobilini yaş trasda sürürdüm. Bilirdim ki, bu şərtlərin öhdəsindən gələn kimsə olacaqsa, bu Maks olacaq.
Aydındır ki, yaş trasda o, çox ehtiyatlı davranırdı və mən onun arxasında yaxın məsafədə qala bilirdim. Aralıq təkərlərə keçdikdən sonra da onun arxasında kifayət qədər inamla getdim. Lakin tras qurumağa başlayan kimi özünü daha rahat hiss etdi və daha sürətli getdi. Ancaq ilk vaxtlar mən onu müəyyən məsafədə saxlaya bildim – bu, edə biləcəyim ən yaxşı şey idi və çox gözəl idi”.
Xatırladaq ki, Maksın qalib gəldiyi yarışda Oskar 10-cu olub və 1 xal qazanıb.