O.Piastri: Maksı keçməyə çalışacam

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, önündə keçməli olduğu bir maşın var və bunu etməyə çalışacaq

F-1.az xatırladır ki, debutant sürücü Yaponiyadakı sıralnam turunda Maks Ferstappendən sonra ikinci olub. Beləliklə, o karyerasında ilk dəfə bir yarışa ilk cərgədən başlayacaq.

Oskar Piastri: “İlk cəhdim çox yaxşı idi. Çox xoşbəxt idim, amma son şikanlarda daha yaxşı iş görə bilərdim. Yenə də yaxşı dövrə idi. Son cəhdimdə isə ilk sektorum yaxşı olsa da, digərlərində zəif idim. Buna görə də ikinci olduğum üçün sevincliyəm.

İndiyə kimi çox yaxşı həftəsonu oldu. Bolidi təkmilləşdirdik və sürətləndik. Buna görə də yaxşı şansımız var. Komanda ikinci və üçüncü yeri tutduğu üçün çox sevinirəm”.

Oskar Piastri əlavə edib ki, startda Maks Ferstappeni keçməyə çalışacaq: “Uzun müddətdən sonra ilk dəfə ön cərgədən başlayıram. Buna görə gözəl olacaq. Önümdə keçməli olduğum bir maşın var. Çalışacam ki, bunu bacarım”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*