O.Piastri: Maksdan çox geri qalmadıq

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, onlar Britaniya yarışında Maks Fersteppəndən geri qalmayıblar.

F-1.az xatırladır ki, McLaren komandası Britaniya yarışına 2 və 3-cü yerlərdən başlasa da, əksəriyyət düşünürdü ki, onlar yarışda geriləyəcəklər. Lakin onlar yarışboyu yaxşı performans göstəriblər. Norris yarışı başladığı kimi ikinci yerdə bitirib. Piastri isə təhlükəsizlik maşınına görə Lyuis Həmiltonun gerisinə düşüb və dördüncülüyə razı olub.

Oskar Piastri düşünür ki, yeniliklər əla işləyir: “Gələn həftəsonu Landonun sahib olduğu yeni ön qanada sahib olacağam. Bu, həyəcanverici haldır. Bundan başqa boliddə yeniliklər olacaq.

Burada mübarizə aparmaq gözəl idi. Bundan sonra hələ yolumuz var. Yeniliklərin irəliyə doğru atılmış addım olduğu açıq formada görünür. Yarış tempimiz də inkişaf edib.

Qorxurdum ki, yarışda rəqiblərimiz bizi geridə qoysunlar. Ancaq Avstriyadakından belə yaxşı performans göstərdik. Buna görə həyəcanverici idi. Düzdür, uzun müddətdən sonra podiuma çıxmaq şansım varkən, təhlükəsizlik maşınına görə 4-cü olmaq pisdir. Ancaq dördüncü yer üçün məyusam və buna sevinirəm.

Düzünü desəm, Ferstappen ilə mübarizə aparmaq həyəcanlı idi. Yarış başlayanda öz-özümə “buranın ən yaxşısı mənəm dedim, amma bolidi trasda düzgün yerləşdirə bilmədim. Yer tapmalı idim, amma yer yox idi.

Məncə, onun arxasında bir neçə dövrə getmək daha həyəcanverici idi. Yarışın geri qalanında belə bizdən elə də çox sürətli deyildi. Silverstounda ən sürətli ikinci komanda olmaq həyəcanverici idi. Bütün gözləntiləri aşdıq. Yenidən öndə olmaq gözəldir”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*