F-1.az xatırladır ki, Red Bull komandası Yaponiyada gözlənildiyi kimi zirvəyə qayıdıb. Lakin McLaren komandası da Suzukada yaxşı təsir bağışlayıb və dubl podium ediblər. Oskar Piastri isə debüt mövsümündə karyerasının ilk podiumunu qazanıb.
Oskar Piastri: “Qətiliklə deyə bilərəm ki, xüsusi hissdir. Bunu uzun müddət xatırlayacağam. Mənə bu fürsəti verdikləri üçün komandama nə qədər təşəkkür etsəm də, azdır.
Dünyada bu fürsəti əldə edəcək adam çox deyil və mən bunu ilk mövsümümdə əldə edə bildim. Buna görə də komandama təşəkkür edirəm.
Ən yaxşı yarışım deyildi, amma yarışın ikinci hissəsində faha yaxşı temp tutdum. Tempim bir az yaxşı idi və podiuma çıxmaq üçün yetərli oldu. Bəli, çox sevincliyəm və daha artığını əldə etmək üçün həyəcanlıyam”.