O.Piastri: Ferstappen mənə bələdçilik etdi

McLaren komandasının sürücüsü Oskar Piastri bildirib ki, Maks Ferstappen Monako yarışında ona bələdçilik edib.

F-1.az xatırladır ki, avstraliyalı sürücü Monte Karloda 10-cu yeri tutaraq, komandasına vacib 1 xal qazandırıb.

Oskar Piastri: “Bariyelərlə təmas yaşamadım, amma tras sürüşkən olanda divara yaxın getdiyim anlar oldu. Bir dəfə danışmaq üçün radionu açdım və az qala divara çırpılacaqdım. Növbəti dəfə bunu etməyəcəm. Cüzi fərqlə qurtuldum.

Maksın önümdə olması mənim üçün faydalı oldu, çünki ilk dəfə yağışlı havada Formula1 bolidi sürürdüm. Maksın önümdə olması mənim üçün yaxşı idi.

Yağış yağanda Maks çox təmkinlə sürürdü. Orada onun tempinə cavab verə bilirdim. Yağış təkərlərində də onun tempində gedə bildim. Ancaq tras quruduqdan sonra rahatlandı və sürətlənməyə başladı. Amma yağış başlayanda onun arxasında qala bildim və buna görə də gözəl idi”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*