F-1.az xatırladır ki, avstraliyalı sürücünün əyləc pedalı 5-cii dövrədə pit-stop zamanı zədələnmiş və buna görə də yarışboyu əziyyət çəkmişdi. Komanda onu yarışdan çəkmək istəsə də, sürüş tərzini dəyişən Piastri problemi aradan qaldıra bilmişdi.
Andrea Stella: “Oskar bütün yarış ərzində əyləc sistemindəki problemlərlə mübarizə apardı. Bu problemi yaxşı aradan qaldırdı. Mühəndislər də düzgün sazlanma tapdılar və Oskar tərzini dəyişdi. Nəticədə əyləclərin temperaturunu nəzarətdə saxlaya bildik. Buna görə də yarışa davam etdik.
Bakıda yaxşı həftəsonu keçirmişdik, amma Mayamidə reallıqlarla üzləşdik. Bu da göstərir ki, bəza sahələrdə inkişaf etməliyik. Mayami kimi traslarda bu problemlər bizə daha çox təsir edir. Bu təcrübə bolidin təkmilləşməsində bizə kömək edəcək”.