O.Piastri: Evimə gəldiyim üçün xoşbəxtəm

McLaren-də avstraliyalı Daniel Rikkardonu bu il həmyerlisi əvəz edib. Ona görə də, Albert Parkdakı yarış komanda üçün qismən ev yarışı sayıla bilər.

F-1.az xəbər verir ki, Oskar ölkəsində yarışacağı üçün xoşbəxtdir.

Oskar Piastri: “Doğma yarışa, Melburna gəldiyim üçün xoşbəxtəm. Mən bu şəhərin kənarında böyümüşəm və bura Formula1 sürücüsü kimi qayıtdığım üçün xoşbəxtəm. Atmosfer əla olacaq. Fanatlarım və McLaren azarkeşləri ilə görüşməyi səbirsizliklə gözləyirəm.

Albert Parkda ilk dəfə çıxış edirəm və əminəm ki, unudulmaz hadisə olacaq. İlin bu vaxtında hava çox dəyişkəndir, ona görə də yarış maraqlı ola bilər”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*