O.Piastri: Düşünürəm ki, bacaracağam

Dünən McLaren üçün problemlərin yaşandığı gün olub, eyni zamanda Oskar ilk dəfə yeni maşının arxasında real rejimdə işləmək imkanı qazanıb.

F-1.az xəbər verir ki, avstraliyalı sürücü dünən səhər sessiyasında işləyib və 51 dövrə vurmağı bacarıb.

Oskar Piastri: “Testlərdə ilk günüm problemsiz keçdi – mövsümə yaxşı bir başlanğıcoldu. İlk günə planlaşdırdığımız hər şeyi tamamladıq, ilk dəfə komandada maşınla işlədim.

Öyrənməli və inkişaf etdirməli üçün çox şey var, amma düşünürəm ki, uğur qazanacağam. Bir neçə dövrə vurmaq çox xoşdur – özümü olduqca rahat hiss etdim. Maşın haqqında daha çox məlumat əldə etməyə və öyrənməyə davam etmək üçün növbəti sessiyaları gözləyirəm”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*