F-1.az xatırladır ki, avstraliyalı sürücü Bakıda xal qazana bilmısə də, qənaətbıxş nəticə göstərib. Komanda rəhbərləri də onun performansından razı qalıb. Növbədə isə Mayamk yarışıdır və Oskar burada ilk dəfə mübarizə aparacaq.
Oskar Piastri: “Mayamidə yarışmaq üçün səbirsizlənirəm. Daha əvvəl burada yarışmamışam. Amerikalı azarkeşlərin dəstəyi də əyləncəli olacaq. Bu trasın özünəməxsus xüsusiyyətləri var, amma simulyatorda işləyərək, sonrakı yarışlar üçün yaxşı hazırlaşdım.
Bakı asan keçmədi, ancaq sıralanma turunda son sessiyaya keçdiyim üçün sevinirdim. Həftəsonu ərzində bunun üzərində çox işlədik və komandanın hazırladığı yeniliklər mənə çox kömək etdi.
Yarışda 11-ci yeri tutmaq məyus etsə də, Mayamidə yaxşı performans göstərib, bu cütlü yarışları yaxşı yerdə bitirmək istəyirəm”.
Qeyd edək ki, bu il Formula1-də debüt edən Oskar Piastri yalnız Avstraliya yarışında xal qazanıb.