F-1.az xatırladır ki, Piastri son iki ildə həm Formula3-də, həm də Formula2-də çempion olub. Avstraliyalı pilot Qətər Qran Prisində komandanın boksunda idi və bütün işləri yaxından izləmişdi.
Oskar Piastri: “Sözün açığı, Fernandonun podiuma çıxdığı və Okonun 5-ci olduğu gözəl yarış idi. Keçən il Türkiyədə də buna bənzər şey etmişdim. Bütün toplantılara və mətbuat tədbirlərinə qatıldım. Bunun hesabına bir az məlumatım artdı. Bundan inkişafım üçün istifadə edə bilərəm.
Bundan başqa Fernando və Estabanın gördükləri işləri yaxından izləmək gözəl fürsət olacaq. İkiqat Dünya Çempionu Fernandonu izləmək yaxşı olar. Hamımız Fernandonun gücünü və keçmişdə nələr etdiyini bilirik. Esteban da Fernando qədər təcrübəli olmasa da, yarış qazanmış sürücüdür. İkisindən də çox şey öyrənə bilərəm”.