O Markes olmasın, bu Markes olsun

Bu gün okeanın o tayında - Argentinada MotoGP dünya çempionatında mövsümün ikinci mərhələsi çərçivəsində sıralanma turu baş tutub.

F-1.az xəbər verir ki, ölkənin Santyaqo del Estero vilayətinin Termas de Río Hondo şəhərciyində yerləşən avtodromda bu gün 20 sürücü mübarizə aparıb. Bir həftə əvvəl Portuqaliyada mövsümün açılış həftəsində 4 sürücü sıradan çıxıb.

Ona görə də birinci mərhələdə 12 deyil, 8 sürücü mübarizə aparıb və final mərhələsinə Aleks Markes və Fabio Kuartararo vəsiqə qazanıblar.

Hər iki KTM sürücüsü (Brəd Binder və Cək Miller), eləcə də keçmiş dünya çempionu Xoan Mir mübarizəni elə bu mərhələdə dayandırıblar.

Qurumaqda olan trasda motosikleti idarə etmək elə də asan olmayıb. Düzgün qərar vermək isə ondan da çətin olub. Aleks Markes vaxtında risk edərək sliklərə keçdiyi üçün karyerasında ilk pouluna sevinib.

Xatırladaq ki, keçən həftə Alqarvedə poulu Aleksin böyük qardaşı 6 qat dünya çempionu Mark Markes qazanmışdı. Yəni Markeslər ailəsinin poul seriyası hələ davam edir.

Alekslə birlikdə ilk cərgədə Marko Bezzeki və Françesko Banyaya yer alıblar – ilk cərgə tam Ducati motorunda olacaq.

Franko Morbidelli Yamaha üçün 4-cü nəticə göstərib. Maverik Vinyales Aprilia ilə 5-ci yerdən yenə də podiuma düşməyə çalışacaq. ikinci cərgəni Joan Zarko tamamlayıb. Fabio Kuartararo 10-cu nəticə ilə kifayətlənib.

Bu gün Bakı vaxtı ilə saat 22:00-da sprint (qısa) yarış baş tutacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*