Nyuqarden Texası fəth edib

Bazar gecəsi okeanın o tayında əfsanəvi Texas Motor Speedway avtodromunda İndycar mövsümünün PPG375 ikinci mərhələsinin əsas yarışı baş tutub.

F-1.az xəbər verir ki, əfsanəvi Fort Vert trasında keçirilən yarış Pato O Vardın benefisinə çevrilib – McLaren komandasının sürücüsü 5-ci yerdən start alıb, tezliklə liderliyi ələ alıb. Yarışın ortasında meksikalı sürücü yalnız bir sürücüdən başqa bütün peletonu 1 dövrə qabaqlayıb. Amma bu cür üstünlük belə onun qələbəsinə yetərli olmayıb.

Sarı bayraqlar, Təhlükəsizlik Maşını peletonu bir yerə toplayıb. Finişə 2 dövrə qalmış isə 5-ci yerdə gedən Roman Qrojanın qəzası Patonun sürətlə irəlilməsinin və qələbəsinin qarşısını alıb.

Həmin an öndə olan Cozef Nyuqarden sarı bayraqlar altında finişi birinci keçib. Pato ikinci yerlə kifayətlənib. Aleks Palou isə podiumu tamamlayıb.

Qələbəni əldən verməsinə baxmayaraq, Pato çempionatda liderliyi ələ alıb.

Çempionat iki həftədən sonra Lonq Biç trasında davam edəcək

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*