Bommarito Automotive Group 500 yarışının qalibi bu dəfə Penske komandasının sürücüsü Cozef Nyuqarden olub. Sent Luis ovalında qələbə qazanan Cozef turnir cədvəlində mövsümün lideri Vill Pauerlə fərqli 3 xala endirib.
Vill pouldan start alsa da, yarışı 6-cı yerdə başa vurub. Podiumu isə seriyanın debütantı Devid Malukas və Penske-nin daha bir sürücüsü Skott Maklaflin tamamlayıblar.