Nyuqarden İndianapolisdə ilk qələbəsini qazanıb

Dünən avtoidmanın üçlü tacına daxil olan üç yarışdan ikisi baş tutub. Monakodakı yarış ölkəmizdə kifayət qədər işıqlandırılsa da, okeanın o tayında əfsanəvi İndianapolis avtodromunda keçirilən 200 dövrəlik yarış barədə bir çoxunun heç xəbəri yoxdur.

F-1.az xəbər verir ki, “köhnə kərpicli yol” adlanan avtodromdakı həmişə maraqlı alınır və həmişə də finişə qədər qalibin kim olmasını söyləmək proqnozlaşdırmaq qeyri-mümkündür. Elə dünən gecəyarısı da belə olub.

Sona 14 dövrə qalana qədər qələbəyə əsas namizədlərdən biri olan McLaren komandasının sürücüsü Feliks Rozenkvist qəzaya uğrayıb və sessiya qırmızı bayraqlarla dayandırılıb.

Bundan sonra liderliyə McLaren-in digər sürücüsü Pato O Vard yüksəlib. Amma restartda Pato səhvə yol verib və finişə 8 dövrə qalmış qırmızı bayarqların dalğalandırılmasına səbəb olub.

Bu dəfə Markus Eriksson liderliyə yüksəlib. Amma restartda arxa cərgələrdə baş verən qəza üzündən yenidən qırmızı bayraqlarla sessiya dayandırılıb – finişə 2 dövrə qalmış son restart verilib.

Markus yaxşı start alıb və ilk iki döngəyə lider kimi girib. Əfsanəvi trasda onu ardıcıl ikinci qələbədən cəmi 2 döngə ayıranda Penske komandasından Cozef Nyuqarden irəli çıxıb və finişə qədər Markusun hücumlarını dəf edə bilib.

Beləliklə, seriyanın ikiqat qalibi ilk dəfə “köhnə kərpicli yolda” qələbə qazanıb. Qalibə böyük üzük, özündən böyük kubokla yanaşı 3 milyon dollarlıq çek də verilib.

Mövsümdə isə Aleks Palonun liderliyi davam edir. İspaniyalı çempion Markus Erikssonu 20 xal qabaqlayır.

Mövsümün 7-ci yarışı qarşıdakı həftəsonu Detroytda baş tutacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*