Nyui: Bizi çox çətin mövsüm gözləyir

Red Bull komandası bu il Mühəndislər Kubokunun qalibi olduğu üçün aerodinamik boruda rəqiblərinə nisbətən daha az işləyə biləcəklər.

F-1.az xəbər verir ki, hələ bu azmış kimi, büdcə məhdudiyyətlərinin pozulmasına görə alınan cəza aerodinamik boruda və CFD kompüterlərində iş vaxtını daha 10% azaldacaq. Lakin komandanın texniki direktoru Ədrian Nyui bunun Red Bull-a zərər verə bilməyəcəyini düşünür.

Ədrian Nyui: “Aerodinamik boruda iş zamanımız az olduğu üçün biz orada daha az miqdarda detalları, daha az fərqli fikirləri yoxlaya biləcəyik, amma əgər ağıllı oynayırıqsa və yalnız lazımi hissələri sınaqdan keçirəriksə, bu fərqin çox da əhəmiyyəti yoxdur.

Aydındır ki, Ferrari bütün mümkün olan vaxtdan tam istifadə etməyə çalışacaq. Onlar öz zəif yerlərini axtaracaqlar. Onların bir neçə etibarlılıq problemi var idi, onlar pit divarında bir neçə səhvə yol verdilər. Aydındır ki, onlar mübarizəyə daha da yaxşı formada qayıdacaqlar.

Mercedes mütləq güclənəcək. Mövsümə sürət baxımından ciddi şəkildə zəif olan maşınla başladılar, mövsüm ərzində onu inkişaf etdirmək üçün mümkün olan hər şeyi etdilər, və sondan əvvəlki mərhələdə qələbə dublu qazandılar. Gələn il bizimlə ilk Qran Pridən mübarizə aparacaqlarını bilirik, ona görə də bizi çox çətin mövsüm gözləyir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*