Nyui: 2026-cı ilin maşını çox yavaş olacaq

2026-cı ildə Formula1-də texniki reqlament yenidən dəyişəcək, təkər bazası qısalacaq, bioyanacaqdan istifadə edən, lakin daha səmərəli elektrik hissəsi olan yeni güc qurğuları peyda olacaq.

F-1.az xəbər verir ki, Red Bull komandasının texniki departamaentinin başçısı Ədrian Nyuinin fikrincə, nəticədə mühəndislər maşınların sürətini artırrana qədər bolidlər hələ bir neçə il daha yavaş olacaq…

Ədrian Nyui: “Formula1-də hər şey qaydalarla, reqlamentlə tənzimlənir, əgər qaydalar olmasaydı, maşınlar başqa cür görünərdilər. Onlar raketlərə bənzəyər və çox təhlükəli olardılar. Və biz tez-tez təkər partlamalarını görərdik – əgər bizə mümkün qədər asfaltayatma qüvvəsini inkişaf etdirməyə icazə verilsəydi, təkərlər sadəcə belə bir yüklənməyə tab gətirə bilməzdilər.

Çox güman ki, indiki nəsil maşınlar bir müddət ən sürətli olaraq qalacaqlar, çünki bu gün əlimizdə olan qaydalara baxsaq, 2026-cı il üçün hazırladığımız maşınların indiklərlə müqayisədə əhəmiyyətli dərəcədə yavaşlayacağını görürük”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*