Ədrian Nyui: “Niyə müştəri komandlar eyni mühərriklə təmin olunduqları halda, proqram təminatını fərqli alırlar? Yəni, mühərrik eyni olduğu halda göstəriciləri niyə başqa olmalıdır?
Kiçik komandalar buna qarşı heç bir şey edə bilmir, çünki, güc qurğularını 25 milyon avro əvəzinə 12 milyona satdıqlarının qarşılığında, istehsalçılar yekun səsvermə hüququnu əldə ediblər və bu müqavilə ilə təsdiq olunub”.
F-1.az bildirir ki, Nyui əmindir ki, hazırkı vəziyyətdə nəticənin əldə edilməsi bilavasitə mühərrikin gücündən asılıdır. Ancaq yüksək göstəriciləri əldə etmək üçün rəqiblərin gizli məlumatlarını əldə etmək lazımdır.