F-1.az bildirir ki, Nuvei loqoları Mercedes sürücülərinin və mexaniklərinin dəbilqələrində və kombinezonlarında, həmçinin komanda formalarında əks olunacaq.
Toto Volff: “Mövsümün başlamazdan əvvəl Nuvei-ni uzunmüddətli tərəfdaş kimi salamlamaqdan məmnunuq. Şirkət öz sahəsində lider kimi nüfuza və dünya bazarlarında mövcudluğa malikdir.
Onların innovasiya vasitəsilə mükəmməlliyə sadiqliyi bizim dəyərlərimizə uyğundur. Buna görə də biz uğurlu əməkdaşlığı və uğur qazanmaq üçün iş üsullarımız arasında oxşarlıqlar tapmağı səbirsizliklə gözləyirik”.