Nürburqrinq təqvimə qayıtmağa yaxındır

Formula1-i sonuncu dəfə 2013-cü ildə qəbul edən əfsanəvi tras builki vəziyyətdən istifadə edərək təqvimdəki yerini almaq istəyir.

F-1.az bildirir ki, Racefans resursu Nürburqrinqin builki təqvimdə yer alacağının Portqaliyanın Alqarve və İtaliyanın İmola trasları ilə birlikdə təsdiqlənəciyini iddia edib. Bu 3 yarışın oktyabrda keçiriləcəyi gözlənilir.

Trasın rəsmi nümayəndəsi Formula1 rəhbərliyi ilə danışıqlar apardıqlarını təsdiqləyib, lakin əlavə şərh verməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*