Sauber komandası ciddi maliyyə böhranı yaşayır və böhrandan çıxmaq üçün sponsor axtarışındadır. Paddokda rusiyalı sponsorlarla danışıqların getdiyi barədə şayiələr gəzir, GazProm şirkətinin və Roman Abramoviçin adları hallanır – komanda Abramoviçə məxsus Çelsi futbol klubu ilə əməkdaşlıq edir.
Fransanın F1i Magazine jurnalı naməlum mənbəyə istinadən xəbər verir ki, komandanın alınmasında FİA-nın prezidenti Jan Todtun oğlu Nikolya da maraqlıdır. Peter Zauberin komandası çoxdan Ferrari ilə sıx əməkdaşlıq edir, Jan Todt uzun müddət Ferrari-yə başçılıq edib və həmişə Sauber-ə törəmə komanda kimi yanaşıb. Hazırda GP2 seriyasında çıxış edən ART Grand Pirx komandasının həmsahibi Nikolya 3 il əvvəl Sauber komandasını almaq istəyirdi, amma o zaman danışıqlar yarımçıq qalmışdı…