N.Technology komandasının sahibi MSC Organization Ltd şirkəti təsdiq edib ki, gələn mövsüm Formula1-də iştirakı üçün ərizə verib – bu artıq gələn il starta çıxmağa potensial şansı olan səkkizinci yeni komandadır. Ərizədə göstərilən motor təchizatçısı və maliyyə mənbəyi haqqında əlavə məlumat bildiriliməyib – bütün təfərrüatlar yalnız N.Technology komandasının FİA-nın seçimindən keçdikdən sonra açıqlanacaq.
Bir çox ekspertlər hesab edirlər ki, yeni komandaların belə çoxluğu (N.Technology, Prodrive, Lola, USF1, Superfund, Epsilon-Euskadi, Campos Meta 1 və Litespeed) FİA prezidentinin komandalarla danışıqlarında arqumenti kimi istifadə olunur. Bu siyahıdan yalnız USF1 və Prodrive çoxdan debütə hazırlaşırlar, amma formal olaraq artıq Moslinin kifayət sayda namizədi vardır ki, hazırkı komandalar çempionatı tərk etməli olsalar gələn il çempionatın keçirilməsinə zəmanət versin…