Böyük Britaniya Qran Prisinin finişindən sonra yarışın stüardları yarışda qələbə qazanmış Niko Rosberqi otaqlarına çağırıblar – verilən məlumata görə almaniyalı sürücü sarı bayraqlar altında sürətini azaltmayıb.
İnsidenti araşdıran stüardlar sürücünün və komanda nümayəndəsinin izahatlarını dinlədikdən sonra ciddi cərimə tətbiq etməkdən vaz keçiblər – Rosberqə sadəcə rəsmi xəbərdarlıq elan olunub.