Niko Rosberq hesab edir ki, Şanxayda podiuma qalxmasına yarışın ilk dövvrələrində sliklərdə qalmaq qərarı kömək edib. Yağış yağmağa başlayarkən sürücülərin əksəriyyəti bokslara keçid təkərlər taxmaq üçün tələsiblər, amma Niko və bir neçə sürücü təkərlərini dəyişməyiblər. Həmin an o yarışa başçılıq edib, hərçənd, səhvi üznüdən liderliyini qoruya bilməyib…
Niko Rosberq: “Məncə, biz düzgün qərar qəbul etdik. Mən komandanın və mənim mühəndisimin məsləhətinə qulaq qasdım, trasda qaldım. Sonra məlum oldu ki, bu düzgün qərar idi. Amma vəziyyət gərgin idi və mən istəyirdim ki, yağış tez qurtarsın.
Hər şey uğurlu alındı: mən uzun müddət yarışa liderlik etdim, bu xoş idi. Amma sliklər dənlə örtülürdü, Censonun maşınında isə təkərlər yaxşı qalmışdı. Ona görə də mən səhvə yol verdim, Censon məni qabaqladı – amma ümumən hər şeydən razıyam, biz düzgün istiqamətdə vacib addım atdıq.
Mercedes GP-də işləmək çox rahatdır, mən komandaya minnətdaram. Mən kollektivə öyrəşmişəm və bu uik-end biz uğur qazandıq. Məxsusi olaraq bu yarış üçün bir neçə yeni element hazırlanmışdı, maşının modernizəsi tam sürətilə gedir, biz nikbinliklə gələcəyə baxırıq.”