Williams komandası Türkiyə Qran Prisinin yekunundan razı qalıb – Niko Rosberqin beşinci yeri sayəsində komanda Mühəndislər Kubokunda Renault-nu qabaqlayıb…
Niko Rosberq: “Mən beşinci yerə görə və komanda üçün şadam – bu həqiqətən pis nəticə deyil. Mən yaxşı start aldım, buna görə mühəndislərə minnətdaram – hər şey mən nəzərdə tutduğum kimi alındı və birinci dövrənin sonunda mən dörd mövqe qazanmışdım. Mən Trullini də ilk pitdən sonra qabaqlamışdım, amma sonda o məndən sürətli oldu.
Ümid edirəm ki, bu əhval-ruhiyyəni biz saxlayacayıq və növbəti hər bir yarışda xal toplayacayıq – məncə, biz hər bir yarışda mütəmadi olaraq ilk səkkizlikdə finiş görə bilərik.”