Formula1 sürücülər daim yaxşı fiziki formada olmalıdırlar. Niko Rosberq Monakoda yaşayır, fiziki formasını qorumaq üçün nəinki idman zalında, həm də şəhərin küçələrində məşq edir. Aşağıdakı videoçarxda Niko fiziki hazırlığından danışıb…
Məşqçi və fizioterapevt Daniellə birlikdə Niko məşqə yüngül qaçışla başlayır. Ətrafa baxanda adamın paxıllığı tutur: qaçış məsafəsi Monte Karlonun əfsanəvi Qran Pri keçən küçələri ilə üst-üstə düşür. Əlbəttə, belə bir atmosfer qaçış kimi darıxdırıcı məşğələni maraqlı edir…
Sonra tamaşaçılar trenajor zalına dəvət olunurlar: günün proqramında reaksiyanın, hərəkət koordinasiyasının və hətta yaddaşın artırılması hərəkətləridir. Niko Daniellə birlikdə tennis toplarını cəld tutur, sonra döşəməyə uzanır və …