Londonun The Daily Telegraph qəzeti bildirib ki, əgər Mercedes-Benz şirkəti Brawn GP komandasını alarsa, onda Niko Rosberq komanda ilə müqavilə bağlamağa razılıq verib. Xatırladaq ki, bu yaxınlarda Almaniyanın Auto Motor und Sport jurnalı Ştutqart konserninin Brəklidən olan komandanın səhmlərinin 75%-ni almaq istəyindən yazmışdı…
Telegraph-ın yazdığına görə, Mercedes Rosberqin Brawn GP-yə keçidi barədə şayiələri şərh etməkdən vaz keçib, amma Mercedes Motorsport-un vitse prezidenti Norbert Hauq alman sürücülərə maraq göstərməsini bir neçə dəfə bildirmişdi və Niko danışıqlar aparılan sürücülər siyahısındadır.
Deməli, Brawn GP-nin hazırkı sürücülərindən biri komandanı tərk etməli olacaq, bəs bu kim olacaq? Çox güman ki, komanda rəhbərliyi Censon Battonu saxlamaq istəyəcək, Censon hazırda çempionata liderlik etsə də, veteran Rubens Barrikello ondan cəmi 14 xal geri qalır və mövsümün sonuna qdərə rəqibin keçə bilər. Əgər 37 yaşlı braziliyalı sürücü titul qazanarsa, onu istefaya göndərmək elə də asan olmayacaq.
Hərçənd, belə hadisələr çox olub: vaxtilə Williams komandası 1992-ci ildə titul qazanmış Naycel Mənsellin, 1996-cı ildə isə titul qazanmış Dəymon Hillin xidmətlərindən növbəti mövsümdə imtina etmişdi.
Amma komanda Battonla da ayrıla bilər: 200 milyon əhalisi olan Braziliya Mercedes üçün vacib bazardır, ona görə də istisna deyil ki, komandanın yeni sahibləri marketinq baxımından Barrikelloya üstünlük versinlər.
Əgər Rosberq həqiqətən Brawn GP-yə keçərsə, onda Kimi Rəykkönen gələn il Lyuis Həmiltonun komanda yoldaşı ola bilər: finlandiyalı dünya çempionu 2006-cı ilə qədər McLaren-də çıxış edib, komandanı da əla tanıyır…