N.Pikenin davranışı Briatoreni təəccübləndirməyib

Renault komandasının başçısı Flavio Briatore etiraf edib ki, onun komandasına qarşı ciddi ittihamların sürüldüyü bir vaxtda çempionatda mübarizə aparmaq çətindir, […]

Renault komandasının başçısı Flavio Briatore etiraf edib ki, onun komandasına qarşı ciddi ittihamların sürüldüyü bir vaxtda çempionatda mübarizə aparmaq çətindir, amma o Nelson Pikenin bu cür davranışından təəccüblənməyib.

Briatore bütün ittihamları rədd edir və komandası ilə birlikdə ata-bala Pikelərə qarşı məhkəmə işin qaldırıb və hesab edir ki, baş verənlər Nelson Pikenin vaxtilə Formula1-də çıxışları zamanı baş verənləri xatırladır…

Flavio Briatore: “Biz Nelsonu yaxşı tanıyırıq, o həmişə hamını təhqir edirdi. O mənim komandamda çıxış edirdi, indi isə bizi şantaq edir – gör nə günə qalmışıq. İndi Renault üçün çətindir, amma təkrar edirəm, biz Nelsonu yaxşı tanıyırıq. O həmişə hamıya böhtan atırdı, Ayrton Sennadan başlayaraq Naycel Mənsellin həyat yoldaşına kimi. Bu onun stilidir. Mən onu yaxşı tanıyıram, axı o Benetton-da mənim sürücüm olub və mən onu Nelsinyodan yaxşı tanıyıram.

Nelsinyo da məni qınayır ki, mən onu dostlarla arasını vurmuşam. Mən istəmirəm ki, mənə qarşı ədalətsizlik olsun, ona görə də bildirirəm ki, bəli, mən bunu etmişəm, amma bu barədə onun atası məndən xahiş etmişdi.

Nelsinyonun 50 yaşında bir kişi ilə münasibətləri var idi: bu münasibətlərin təbiəti mənə yadın deyil. Onun atası çox narahat olurdu və məndən məsələyə qarışmağı xahiş etdi. Mən eləe tdim ki, bu adam yarışlara gəlmədi, mən Nelsinyonu məcbur etdim ki, Oksforddan Londona mənim evimə köçsün ki, onu nəzarətdə saxlaya bilim.

Bunu onun atası məndən xahiş etmişdi, indi isə Nelsinyo məni günahlandırır ki, mən onu dostlarından ayırmışam: artıq heç bilmirəm o necə dostlar idi…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*