N.Pike: “Hələlik qüvvələr nisbətini söyləmək tezdir”

Khaleej Times qəzetinə müsahibəsində Nelsinyo Pike çempionatda qüvvələr nisbətini dəyişə biləcək qarşıdakı diffuzorlar haqqında qərar barədə danışıb… Nelsinyo Pike: “Hələlik […]

Khaleej Times qəzetinə müsahibəsində Nelsinyo Pike çempionatda qüvvələr nisbətini dəyişə biləcək qarşıdakı diffuzorlar haqqında qərar barədə danışıb…

Nelsinyo Pike: “Hələlik qüvvələr nisbətini söyləmək tezdir. Mən səbirsizliklə Çin yarışını gözləyirəm – biz Melburnda xal toplaya bilmədik, Sepanqda yağışdan faydalana bilmədik, sonra isə yarışı dayandırdılar və mən bu qərarı alqışlayıram – təhlükəsizlik hər şeydən üstündür. Baxaq görək diffuzorlar barədə qərar necə olacaq – üç komanda ciddi üstünlüyə malikdirlər, amam digərləri geriqalmanı ləğv etmək üüçn hər şey edirlər.

Əggər diffuzorları qadağan etsələr, bu qüvvələr nisbətini dəyişə bilər. Bütün bu hadisələr sürücülər üçün xoşagəlməzdir və tamaşaçını çaşdıra bilər, hərçənd etiraf etməliyəm ki, Brawn GP maşının sürətini yalnız diffuzorla izah etmək olmaz – onlar digərlərinə nisbətən öz işlərinin öhdəsindən daha yaxşı gəliblər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*