Növillin qəzasından sonra Tənak liderliyi ələ alıb

Dünya Ralli Çempionatında (WRC) mövsümün 9-cu mərhələsi Belçika Rallisində şənbə günü arxada qalıb.

Cümə günü başlayan iki Hyundai sürücüsünün mübarizəsi davam edib. Nahara qədər müyyən problemlər yaşayan Ott Tənak tədricən Tyerri Növilldən geri qalmağa başlayıb – nahara qədər belçikalı sürücü estoniyalı komanda yoldaşından 16 saniyə uzaqlaşıb. Bu azmış kimi, Toyota-dan Elfin Evans da Ottla fərqi 3 saniyəyə salıb.

Nahar fasiləsi zamanı problemləri həll edən Tənak sürətini və komanda yoldaşına təzyiqi artırıb. Nəticədə sondan əvvəlki dopda səhvə yol verən Növill yol kənarındakı arxa düşüb və mübarizəni dayandırmalı olub.

Son iki dopda qələbə qazanan Ott ikinciliyə yüksələn Elfin üzərində üstünlüyünü 8.2 saniyəyə çatdırıb. Toyota-nın finlandiyalı sürücüsü Esapekka Lappi liderlərə bir dəqiqədən çox uduzur.

Maks Ferstappenin atası Yos da Tyerrinin aqibətini yaşayıb və öz sinfində onluğa düşmək uğrunda mübarizədə səhvə yol verərək yarışı dayandırmalı olub.

Ralli qaydalarına görə, başa vurmadığı dopların sayına görə cərimə alaraq mübarizəyə qayıdan mövsümün lideri Kalle Rovanpera şənbə gününü güclü keçirib və əsas məqsədi bazar günü sonuncu dopda bonus xallar qazanmaq olacaq. Bazar günü isə mübarizə 4 dopla başa çatacaq…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*