F-1.az xəbər verir ki, buna baxmayaraq, gənc sürücüyə alternativlərə baxmaq tövsiyə olunur. Şərhçi və jurnalist Piter Vindsor özünün YouTube kanalında bildirib ki, hazırkı müqavilə başa çatdıqdan sonra Lando komandanı dəyişə bilər.
Piter Vindsor: “Düşünürəm ki, Landonun Alpine-ə getməsi ehtimalı azdır. Onun daha bir il gözləməsi lazımdır, lakin Alpine hazırda yaxşı gedir və onların arxasında çoxlu dəstək var. Bütün bunları yalnız ona görə deyirəm ki, Landonun başqa hansı variantları olduğunu anlamağa çalışıram. Alpine komandasına keçmək maraqlı ola bilər. Hazırda onlar üçün asan deyil, lakin olduqca yaxşı komandadırlar”.
Eyni zamanda, şərhçi Maks Ferstappenin komandada olduğu müddətdə Norrisin Red Bull-a keçəcəyinə şübhə ilə yanaşıb: “Əminəm ki, Lando Maksın rəhbərliyi altında ikinci sürücü olmaq istəmir, amma inanıram ki, karyerasının bu mərhələsində o, Red Bull-da çıxış etmək haqda düşünür və yalnız onların maşınını idarə etməyin nə qədər gözəl ola biləcəyi barədə fikirləşir. Bəs görəsən Norris Red Bull-a keçməyin başqa aspektlərini düşünür? Məsələn, Maksdan daha yaxşı çıxış edərək onu üstələmək”.