Norris yeni formatı dəstəkləyir

Bakıda sprint yarışlı həftəsonunun yeni formatda keçiriləcəyini yazmışdıq. McLaren sürücüsü Lando Norris bu dəyişiklikləri dəstəkləyir...

F-1.az bildirir ki, yeni formatda həm sprint, həm də əsas yarışın start düzümünü müəyyən etmək üçün iki fərqli sıralanma turu olacaq.

Lando Norris: “Sürücülər həmişə deyirdilər ki, sprint yarışı əsas yarışla əlaqələndirilməməlidir. Bazar günü olan yarış əsas hadisədir və heç birimiz nədənsə təsirlənmək istəmirik.

Əvvəllər sprint yarışlarında hər kəs bazar gününü korlamamaq üçün ehtiyatlı davranaraq maşını zədələməkdən qorxurdu. Düşünürməm ki, qaydalar tərtib edilərkən onların məqsədi bu olub. Bu, əlavə yarış izləyə bilən azarkeşlər üçün sadəcə əyləncədir.
Bakıdakı həftəsonunu səbirsizliklə gözləyirəm, bu tras xoşuma gəlir. Yeni formatda sprint maraqlı olmalıdır – belə bir trasda nə baş verəcəyini heç vaxt bilmirsiniz”.
,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*