F-1.az bildirir ki, britaniyalı sürücü mövsümdə ilk xallarını qazanmağına baxmayaraq, təkərlərdən heç razı qalmayıb.
Lando Norris: “Yol tutuşu inanılmaz dərəcədə zəif idi. Ona görə də siz birinci döngədə bütün maşınların trasdan çıxdığını izləmisiz… Sözün əsl mənasında ilişmə yoxdur, ona görə də əyləcə tez basmalı olursunuz ki, bu da xaosa və insidentlərə gətirib çıxarır.
Bu təkərlərlə özünüzü dəhşətli hiss edirsiniz. Düşünürəm ki, asfaltla ilişmədə hər şey qaydasında olsaydı, xaos, problemlər və bu kimi şeylər olmadan yaxşı yarış görə bilərdiniz. Amma belə şəraitdə çıxış etmək… Sadəcə çətindir. Bizə daha çox asfaltla ilişmə verəcək təkərlərə ehtiyacımız var – avtoidmanın zirvəsinə uyğun gələn təkərlərə”.