Lakin MotoGp-dən fərqli olaraq, onun avtoyarışlarda uğur qazandığını demək olmaz.
F-1.az xatırladır ki, keçən il Belçikanın WRT komandası üçün çıxış edən Rossi GT World Challenge seriyasında mövsümü fərdi hesabda yalnız 21-ci yerdə başa vurmuşdu. 2023-cü ildə o, WRT ilə işləməyə davam edir, lakin Audi yox, BMW M4 GT3-də pilotluq edir və dünən ilk dəfə podiuma yüksəlib.
Valentino Brənds Hətçdə ikinci olub və sanki qalib gəlmiş kimi çox sevinib. Bazar günü onu alqışlamaq üçün trasa gələnlərdən biri də Lando Norris olub. Bundan sonra McLaren komandası ikilinin Rossinin ilk uğurunu qazandığı gün çəkdirdikləri fotonu paylaşıb. Şəkilə şərh belə olub: “Formula1 yarışları olmayanda nə etməli? Əvəzində idolunuzun çıxışını izləmək üçün trasa getməlisiniz”.
Təbii ki, McLaren və Norrisin minlərlə pərəstişkarı fotonu bəyənib, onların arasında doqquz çempionluq titulunun sahibinin iştirakı ilə keçirilən heç bir yarışı qaçırmayanlar çox ola bilər. Elə onlardan biri yazıb: “Deyəsən, Lando Valentinoya uğur gətirir, çünki o, ilk dəfə Norris trasda olanda podiuma çıxıb”.